Gömrük rəisi işdən çıxarıldı

Gömrük rəisi işdən çıxarıldı
  23 Oktyabr 2015    Oxunub:22539
Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.
Komitədən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov sərəncama götürülüb.

Həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.

Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir". (Apa)


Teqlər:  



Xəbər lenti