28 nəfər sudan zəhərlənib - Rəsmi

28 nəfər sudan zəhərlənib - Rəsmi
  23 Oktyabr 2015    Oxunub:1659
Daxili İşlər Nazirliyi oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verən sudan zəhərlənmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
AzVision.az DİN-in rəsmi saytında yer alan məlumata istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsindəki yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərləniblər.

Onlar 5 saylı Yoluxucu xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Məlumatda bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti