MSK kompüter mütəxəssislərinə treninq keçir
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi, onun təkmilləşdirilmiş və yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, həmçinin iştirakçıları maraqlandıran suallara yerindəcə aydınlıq gətirməkdir.
Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə edilir ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaq və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadə imkanı yaradır.
Treninqlərin 3 gün davam etməsi və oktyabrın 24-də başa çatması nəzərdə tutulur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


