Məmmədyarov yeni səfirlə görüşdü

Məmmədyarov yeni səfirlə görüşdü
  23 Oktyabr 2015    Oxunub:1284
Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Çanq Gyunu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, səfir Kim Çanq Gyu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya diplomatik fəaliyyətində uğurlar arzu edib.


Teqlər:



Xəbər lenti