Ramil Usubov rəisi işdən çıxardı - Ölüm işi

Ramil Usubov rəisi işdən çıxardı - Ölüm işi
  23 Oktyabr 2015    Oxunub:3392
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci polis bölməsinin rəisini vəzifəsindən azad edib.
AzVision.az xəbər verir ki, nazirin əmri ilə 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Yerinə isə hələlik təyinat yoxdur.

Musavat.com Ü.Məmmədovun vəzifədən uzaqlşadırlmasının təfərrüatlarını öyrənə bilib. Polkovnik-leytenantın vəzifəsini itirməsinin səbəbi rəhbərlik etdiyi bölmədə ciddi nöqsanların üzə çıxması olub. Ü.Məmmədovun uğursuz fəaliyyəti ilə bağlı nazirə bir neçə də məlumat verilib.

Rəisin postunu itirməsinə səbəb olan sonuncu hadisə isə sentyabrın 27-də baş verib. Bu haqda həmin gün məlumat yayılıb. Məlumatda 1983-cü il təvəllüdlü Şaiq Sadıqovun polis bölməsində dindirilərkən ona qarşı göstərilən fiziki təzyiqlərdən sonra dünyasını dəyişdiyi qeyd edilirdi.

Ş.Sadıqovun yaxınlarına iddia edirdilər ki, onu polis bölməsinə gətirib ifadə alıblar. İfadə alınan zaman Ş.Sadıqova ağır bədən xəsarətləri yetirilib. Vəziyyəti ağırlaşan Ş.Sadıqov yaxınlıqdakı Sabunçu xəstəxanasın yerləşdirilib.

Baş-beynin əzilməsi, boyundaxili hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ş.Sadıqov əməliyyat edilsə də onun həyatını xilas etmək mümkün olmamışdı.

Ş.Sadıqovun ölümündən sonra onun ailə üzvləri 12-ci polis bölməsinin qarşısına toplaşıblar. Onlar baş vermiş hadisənin günahkarı olan polis əməkdaşlarının qanun qarşısında cavab verməsini tələb ediblər. Narazı kütləni sakitləşdirmək üçün polis bölməsinin qarşısına əlavə polis qüvvəsi cəlb olunub. Baş verən səs-küylü hadisə DİN rəhbərliyi tərəfindən ciddi şəkildə araşdırılıb və nəticəsi olaraq Ü.Məmmədov vəzifədən uzaqlşadırılıb.


Teqlər:  





Xəbər lenti