Çingiz Qənizadə seçicilərlə görüşüb – FOTOLAR

Çingiz Qənizadə seçicilərlə görüşüb – FOTOLAR
  23 Oktyabr 2015    Oxunub:1512
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin keçirdiyi görüşlərdə seçicilər millət vəkilini növbəti dəfə dəstəkləyəcəklərini bildiriblər.

Seçki Qərargahının mətbuat xidmətindən verilən məlumata görə, İmişli rayonunun kəndlərində seçicilərlə görüşlərini yekunlaşdıran Ç.Qənizadənin növbəti görüşləri Beyləqan rayonunun kəndlərində baş tutub. Görüş Beyləqan rayonunun ən böyük kəndlərindən biri hesab edilən və 3 min 800-ə yaxın seçicisi olan Dünyamalılar -Yalova kəndlərində, həmçinin Qəhrəmanlı və Bahar kəndlərində keçirilib.



Çoxlu sayda seçicilərin iştirak etdiyi görüşlərdə Ç.Qənizadə 5 illik deputat fəaliyyəti barədə geniş məlumat vermiş, seçicilərinin qaldırdığı məsələlərə daim diqqətlə yanaşdığını bildirib.



Seçicilər bu illər ərzində onlara göstərmiş olduğu diqqətə və parlamentdəki aktiv fəaliyyətinə görə Ç.Qənizadəyə təşəkkürlərini ifadə etmiş və onun namizədliyini yenidən dəstəkləyəcəklərini deyiblər.



Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.


Teqlər:



Xəbər lenti