Prezidentlər belə rəqs edirlər - Maraqlı Videolar

Prezidentlər belə rəqs edirlər - Maraqlı Videolar
  24 Oktyabr 2015    Oxunub:5100
Prezidentlərin həyatı, onların ailəsi ilə bağlı məlumatlar hər zaman maraqla qarşılanır. Kimi gənclik fotoları ilə, kimisi də rəqsləri ilə diqqət çəkir.

Argentina prezidenti Kristina Fernandezin siyası görüş zamanı rəqs etməsi dünya mediasında geniş müzakirələrə səbəb olub.

Lakin bu tarixdə ilk belə hadisə deyil.



AzVision.az xəbər verir ki, Sovetlər dağılandan sonra Rusiyanın prezidenti olan Borits Yeltsin rəqs edən prezidentlərin siyahısındadır.



Eyni zamanda Vladimir Putinin siyasi “əkiz”i Dmitriy Medvedevdə rəqs etməyi çox sevir. Görüntülər 2011-ci ildə lentə alınıb. Videoda sabiq Rusiya prezidenti cins şalvarda pop musiqisinə ürəkdən rəqs edir, ətrafdakıların bəziləri onunla birlikdə oynayır, digərləri əl çalır.



2007-ci ildə isə Amerikanın keçmiş prezidenti Yaxın Şərqi İraqı xarabalığa çevirən Corc Buş da tədbirlərin birində rəqs edib. Həyat yoldaşı da onu müşayət edib.



ABŞ-ın hazır ki, prezidenti Barak Obama da həmkarlarından geri qalmır.



Çeçenistanın prezidenti Ramazan Kadırovun rəqslə bağlı videoları yetərincədir. Bu videoda prezident qadınla “Ləzginka” oynayır.



AzVision.az


Teqlər:  





Xəbər lenti