`Bizdə sünni-şiə problemi yoxdur` - Şeyx

`Bizdə sünni-şiə problemi yoxdur` - Şeyx
  24 Oktyabr 2015    Oxunub:1710
"Azərbaycan həmişə Aşura gününü qeyd edib. Sovet dövründə buna imkan yaradılmırdı, amma müxtəlif vasitələrlə xalqımız bu günü qeyd edirdilər".
AzVision.az "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün bu məsələlər öz həllini tapıb: "Hazırda ölkədə dini tolerantlıq mövcuddur. Din-dövlət münasibətləri qaydasındadır. Din-dövlət münasibətləri Azərbaycanda olduğu qədər digər dünya ölkələrində yoxdur. Ölkəmizdə sünni-şiə birliyi var. Bu münasibətlərdə heç bir problem yoxdur".

Şeyx qeyd edib ki, Azərbaycan bu günləri qeyd etməklə yanaşı, Qarabağ uğrunda şəhid olanları da unutmur.

AzVision.az


Teqlər:  





Xəbər lenti