İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?
  24 Oktyabr 2015    Oxunub:2116
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az- averilən məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gündüz mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Bəzi şərq rayonlarında çisgin gözlənilir. Axşam isə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gqndqz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti