Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir
  25 Oktyabr 2015    Oxunub:1592
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibcati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olacaqlar.

Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara ətraflı cavab ala biləcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti