Liberman Azərbaycandakı seçkiləri müşahidə edəcək
AzVision.az-ın “Seçki-2015”ə istinadən verdiyi məlumata görə, bu barədə “AZİZ” İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.
Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.
Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.
Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


