İstanbul derbisi heç-heçə bitdi

İstanbul derbisi heç-heçə bitdi
  26 Oktyabr 2015    Oxunub:1720
Oktyabrın 25-də Avropanın diqqəti Türkiyəyə yönəlmişdi. Superliqada 9-cu tur çərmivəsində İstanbul derbisi – “Fənərbaxça” – “Qalatasaray” oyunu keçirilib.

“Şükrü Saracoğlu” stadionunda keçirilən qarşılaşma bərabərliklə başa çatıb – 1:1.

Qolları Dieqo (“Fənərbaxça”) və Olcan “Qalatasaray” vurublar.

9 turdan sonra hərəyə 18 xal toplayan “Qalatasaray” və “Fənərbaxça” müvafiq olaraq ikinci-üçüncü yeri tutur. 8 oyundan 19 xalı olan “Beşiktaş” isə liderdir.



Teqlər:





Xəbər lenti