Nazir deputatın oğlunu işdən niyə çıxardı? - Açıqlama

Nazir deputatın oğlunu işdən niyə çıxardı? - Açıqlama
  26 Oktyabr 2015    Oxunub:6591
Milli Məclisin deputatı Elman Məmmədovun oğlu, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad olunub.
Bu barədə AzVision.az-a deputat özü məlumat verib.

Millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb: `Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun`.

Qeyd edək ki, deputatın oğlunun işdən çıxması ilə bağl ilk xəbəri aznews.az saytı yayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti