Şirkət rəhbəri axtarışa verildi - 300 minlik fırıldaq

Şirkət rəhbəri axtarışa verildi - 300 minlik fırıldaq
  26 Oktyabr 2015    Oxunub:2827
Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, İnterpolun saytında yerləşdirilən məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.


Teqlər:  



Xəbər lenti