Seçkiyə 5 gün qaldı, MSK buna hazırdır?

Seçkiyə 5 gün qaldı, MSK buna hazırdır?
  26 Oktyabr 2015    Oxunub:2174
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi yekunlaşmaq üzrədir.
Bu barədə AzVision.az-a Mərkəzi Seçki Komissiyasından məlumat verib.

Bildirilib ki, artıq 5 344 431 ədəd seçki bülleteni çap olunub.

Çap olunan seçki bülletenlərinin Dairə Seçki Komissiyasına paylanmasın yekunlaşıb.

Həmçinin qeyd edək ki, səsvermə bülletenlərinin Məntəqə Seçki Komissiyalarına paylanması prosesi səsvermə gününə 3 gün qalmış, yəni oktyabrın 29-dək başa çatacaq.

Qeyd edək ki, MSK-nın Milli Məclisə seçkilər üzrə Təqvim Planına əsasən seçki günü saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq.

Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti