Polislərin güllələnməsi ilə bağlı rəsmi məlumat

Polislərin güllələnməsi ilə bağlı rəsmi məlumat
  26 Oktyabr 2015    Oxunub:1521
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk ediblər.

Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti