Ötən ilin məzunları üçün yenidən imtahan keçiriləcək

Ötən ilin məzunları üçün yenidən imtahan keçiriləcək
  20 İyun 2013    Oxunub:1329
Bir fəndən 2 qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcək.
Tələvə Qəbulu üzrə Dövlət Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün 25 iyun tarixində buraxılış imtahanı keçiriləcək.

“Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 30 may 2013-cü il tarixli Qərarına əsasən, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.5.1 və 1.5.2-ci yarımbəndlərində müəyyən edilmiş qaydada çıxarılır.

(1.5.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası; (buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür)”;

1.5.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.)

Beləliklə, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcək.



Teqlər:  





Xəbər lenti