İtkin düşən Ramin Hacılı tapıldı - Açıqlama

İtkin düşən Ramin Hacılı tapıldı - Açıqlama
  26 Oktyabr 2015    Oxunub:4251
Daxili İşlər Nazirliyi Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı itkin düşməsi ilə bağlı araşdırmaya başlayıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a bildirib ki,dünən Bakı şəhər sakini Aysel Əlizadə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı Ramin Hacılının itkin düşməsi barədə məlumat verib.

Bununla əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün axtarışı davam etdirən polis əməkdaşları məlumat alıblar ki, R.Hacılı həyat yoldaşı ilə telefon əlaqəsi yaradıb və bildirib ki, öz şəxsi işləri ilə əlaqədar ölkədən kənara çıxıb və tezliklə qayıdacaq. Buna baxmayaraq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yazıçı-jurnalist Aysel Əlizadə həyat yoldaşı Ramin Hacılının itkin düşməsi ilə bağlı məlumat yayıb.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti