Dövlət Departamenti: Azərbaycan tərəqqiyə nail olub

Dövlət Departamenti: Azərbaycan tərəqqiyə nail olub
  20 İyun 2013    Oxunub:1240
Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatında 2 –ci oldu.
ABŞ dövlət katibi Con Kerri Dövlət Departamentində 2013-cü il üzrə İnsan Alveri Haqqında 13-cü hesabatı təqdim edib.

Qeyd edək ki, sözügedən hesabat İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq 188 ölkədə hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətləri qiymətləndirilib. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqiyə görə bu ölkələr arasında 2-ci sıraya daxil edilib. Bu münasibətlə ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib.

“Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilib. Hesabatda qeyd olunduğu kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcək”.

Qeyd edək ki, hesabatda bütün ölkələr 3 səviyyəyə bölünür. Üçüncü səviyyə ölkədə traffikinq sahəsində problemlərin mövcudluğunu, ikinci səviyyə isə ölkənin bu sahədə müəyyən tərəqqi əldə etdiyini göstərir. Rusiya, Çin və Özbəkistan bu il tərtib olunan hesabatda ikinci sıradan üçüncü sıraya enib. Onu da qeyd edək ki, hesabatda adları keçən 188 ölkə və ərazisi haqqında da ətraflı məlumatlar daxil edilib.

2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatın Azərbaycan bölməsini burada əldə edə bilərsiniz.


Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti