Xeyrulla Hüseynovun işdən çıxarılması ilə bağlı Açıqlama

Xeyrulla Hüseynovun işdən çıxarılması ilə bağlı Açıqlama
  27 Oktyabr 2015    Oxunub:7888
Xətai Rayon İcra Hakimiyyəti Xeyrulla Hüseynovun işdən çıxarılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
İcra Hakimiyyətindən AzVision.az-a bildirilib ki, Xeyrulla Hüseynov öz ərizəsi ilə icra başçısının müavini vəzifəsindən azad olunub.

“Xeyrulla Hüseynov öz istəyi ilə işdən ayrılıb. Onu heç kim işdən qovmayıb”.

Qeyd edək ki, Xətainin icra başçısının sabiq müavini Xeyrulla Hüseynov Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun qardaşıdır.

Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti