İlqar Məmmədovun döyülməsi yalan çıxdı
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, təqsirləndirilən şəxslərin və ya məhkumların saxlanma şəraiti, eləcə də cəzanı icra edən orqanın hər hansı əməkdaşının onlara qarşı qanunsuz əməlləri və zorakılıq hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar xidmətə və digər aidiyyatı orqanlara şikayət veriləməlidir.
Qurum rəsmisi qeyd edib ki, şikayət daxil olduqdan sonra araşdırılır və müvafiq addımlar atılır.
Bildirilib ki, Cinayət Məcəlləsinin 220,1 və 315,2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 2 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhkum Məmmədov İlqar Eldar oğlunun fiziki hücuma məruz qalaraq xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Gültəkin Ələsgər
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


