Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək
  27 Oktyabr 2015    Oxunub:1951
Azərbaycan ərazisində yağmurlu hava davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında oktyabrın 28-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti