“Quran”a əsaslanan park tikiləcək

“Quran”a əsaslanan park tikiləcək
  20 İyun 2013    Oxunub:1826
Zəngin Dubay şəhəri müsəlmanların dini kitabı “Quran”a əsaslanan park tikəcək.
Parkda nəhəng “Ferris Wheel” və “Angry Birds” quraşdırılacaq. AzVision.az Fox News-a istinadən məlumat verir ki, layihə 7,3 milyon dollara başa gələcək.

Parka islamın müqəddəs kitabı “Quran”da təsvir olunan hadisələri insanlara çatdırmaq üçün ventilyasiyalı tunel inşa olunacaq. Eyni zamanda kitabda qeyd edilən müxtəlif bitkilərlə zəngin bağın tikilməsi də nəzərdə tutulub.

Dubay şəhərinin layihə rəhbəri Məhəmməd Nur Maşrumun sözlərinə görə, park 2014-cü ilin sentyabrında hazır olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti