Bakıda Ulduzun maşını qaçırılıb

Bakıda Ulduzun maşını qaçırılıb
  27 Oktyabr 2015    Oxunub:3298
Oktyabrın 25-də Binəqədi rayonunun M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Ulduz Aslanovaya məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
DİN-dən AzVision.az - a verilən xəbərdə deyilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil 28 May küçəsində saxlanılıb.

Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi, Quba rayon sakini Sabir Orucov və qaçırılmış maşın 7-ci polis bölməsinə təhvil verilib.

Araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti