Elşad Abdulayevin prokuror qardaşı işdən çıxarıldı

Elşad Abdulayevin prokuror qardaşı işdən çıxarıldı
  27 Oktyabr 2015    Oxunub:3194
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdulayevin qardaşı işdən qovulub.
AzVision.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, Elsevər Abdullayev ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşıdır.


Teqlər:



Xəbər lenti