Şeyx Rusiyaya gedir

Şeyx Rusiyaya gedir
  27 Oktyabr 2015    Oxunub:1238
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiyaya səfərə gedir.
İdarədən AzVision.az-a verilən məlumata görə, səfər Moskva şəhər hökumətinin təşkilatçılığı, RF Prezidenti yanında dini təşkilatlarla iş üzrə Şuranın beynəlxalq əməkdaşlıq Komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə 29 oktyabr tarixində keçirilən «Din və Sülh» mövzusunda III Moskva Beynəlxalq Forumuna dəvət əsasında həyata keçirilir.

Şeyxülislam Beynəlxalq Forumun plenar iclasında məruzə ilə çıxış edəcək.

QMİ sədri səfər çərçivəsində Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşəcək. Səfər müddətində digər görüşlərin də keçiriləcəyi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti