Bakıda tutulan 3 saqqallıya həbs cəzası

Bakıda tutulan 3 saqqallıya həbs cəzası
  27 Oktyabr 2015    Oxunub:1908
Bir müddət əvvəl Bakıda “Farklı Lahmacun” kafesində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən 3-ü inzibati qaydada həbs olunub.

Yasamal rayon Məhkəməsinin qərarı ilə Qədirov Anar Şahin oğlunun barəsində 4 sutka, Həsənov Sadiq Aydın oğlu və Mustafayev Kamran Eldar oğlunun hər birinin barəsində isə 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (polis əməkdaşlarına müqavimət göstərmə) maddəsinə əsasən ittiham olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, daxil olmuş məlumat əsasında Yasamal Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər. Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.

Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.

Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Digər iştirakçılar isə cərimə olunaraq azadlığa buraxılıblar.


Teqlər:





Xəbər lenti