“Rio-2016”ya daha bir lisenziya qazandıq

“Rio-2016”ya daha bir lisenziya qazandıq
  27 Oktyabr 2015    Oxunub:1454
Azərbaycan gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

AzVision.az xəbər verir ki, Qətərin paytaxtı Dohada təşkil olunana atletika üzrə dünya çempionatında uzunluğa tullanma yarışlarında mübarizə aparan Elçin Muradov 6,27 metrlik nəticə ilə ikinci olub. Atletimiz mundialın gümüş medalını qazanmaqla yanaşı, “Rio-2016” Paralimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Elçin Muradovdan əvvəl cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.


Teqlər:





Xəbər lenti