Əli İnsanov qardaşının yasından imtina edib

Əli İnsanov qardaşının yasından imtina edib
  28 Oktyabr 2015    Oxunub:3078
Mətbuatda məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin AzVision.az-a verilən məlumatda deyilir.

Bildirilir ki, onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar Xidmətdə baxılıb, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərar qəbul edilib və Ə. İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib. Lakin Ə. İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib.

“Təəssüf ki, belə bir hüzn tədbirini öz maraqları naminə istifadə edən Əli İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yayıblar. Penitensiar Xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi mənəviyyata sığmır”, - deyə o vurğulayıb.


Teqlər:  



Xəbər lenti