Xanım idmançımız dünya rekordu qırdı

Xanım idmançımız dünya rekordu qırdı
  28 Oktyabr 2015    Oxunub:3008
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə idmançısı İradə Əliyeva Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında nizə atma idman növündə 44.18 m nəticə ilə dünya rekordu vuraraq dünya çempionu adına layiq görülüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, İradə Əliyeva Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Beləliklə Azərbaycan Paralimpiya Komitəsi 10-cu lisenziyasını qazanmış olub.



Teqlər:





Xəbər lenti