Yenə yağış yağacaq
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 30-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


