Rafael Cəbrayılov görüşlərini davam etdirir- Fotolar

Rafael  Cəbrayılov görüşlərini davam etdirir- Fotolar
  28 Oktyabr 2015    Oxunub:2292
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü Şirvan şəhər, H.Z.Tağıyev küçəsinin sakinləri ilə keçirib.
AzVision.az xəbər verir ki, sakinlərlə görüşdə Şirvan şəhərində əsasən əhalini narahat edən məsələlərin həlli istiqamətində aparacağı işlərin mahiyyətindən danışan namizəd, hətta həmin məsələlərin seçki platformasında da əks olunduğunu bildirib.

Sakinlər Rafael Cəbrayılovun deputat fəaliyyətini yüksək qiymətləndirərək ,Şirvanlı bir ziyalının böyüdüyü Şirvan şəhərindən deputatlığa namizəd olmasına sakinlərin çox sevindiyini bildiriblər. Əsasən sakinlər tərəfindən məhəllənin daxili yolların təmir olunması problemi qaldırılıb.

Sakinləri diqqətlə dinləyən Rafael Cəbrayılov bildirib ki, deputat seçdiyi halda mövcud problemin həlli istiqamətində səlahiyyətlər çərçivəsində köməklik göstərəcək.

Sakinlər Rafael Cəbrayılova səs verərəcəklərini bildiriblər.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti