“Bu seçkidə də qələbə qazanacağıq” - Əli Əhmədov

“Bu seçkidə də qələbə qazanacağıq” - Əli Əhmədov
  28 Oktyabr 2015    Oxunub:2234
“Azərbaycan hakimiyyətinin əsas məqsədi azad, şəffaf və demokratik seçkilər keçirməkdir. Bunun üçün Azərbaycanda həm siyasi, həm də qanunverici baza mövcuddur”.
AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov rusiyalı jurnalistlərlə görüşdə belə deyib. Baş nazirin müavini bildirib ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur və xeyli sayda siyasi partiyalar prosesə qatılıb ki, bunlardan biri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasıdır: `Hazırki ictimai-siyasi vəziyyət də şəffaf seçkilərin keçirilməsinə imkan verir`.

YAP-ın seçkilərdən gözləntilərinə gəlincə, Əli Əhmədov bildirib ki, hakim partiya 5 il əvvəl qazandığı uğurları bu seçkilərdə də təkrarlamaq niyyətindədir. Hazırda partiyanın 670 minə yaxın üzvünün olduğunu diqqətə çatdıran Ə.Əhmədov bu statistikanı Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamın göstəricisi kimi diqqətə çatırdı.

“Ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində Azərbaycanın qazandığı nailiyyətlər partiyanın hər bir namizədinə təbliğat-təşviqat mərhələsini uğurla aparmağa, ən əsası YAP-ın seçkilərdə qələbəsinə böyük əsas yaradır. Ötən seçkilərdə YAP-ın 71 namizədi parlamentə mandat qazandı. Bu isə Milli Məclisdəki yerlərin 60 faizi deməkdir. Bu seçkilərdə də qələbəni təkrarlamaq imkanımız var”,- deyə Ə. Əhmədov qeyd edib.

YAP-ın sədr müavini bəzi beynəlxalq qurumların, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkiləri izləməkdən imtina etməsinə də toxunub. “Mən bilmirəm, bu təşkilat hansı əsasla belə bir qərar verib. Amma düşünürəm ki, bunun seçkilərə heç bir təsiri olmayacaq”.


Teqlər:  



Xəbər lenti