“WizzAir” qayıtdı - Son qərar

“WizzAir” qayıtdı - Son qərar
  28 Oktyabr 2015    Oxunub:2619
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti “Wizz Air” Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərin bərpası barədə razılığa gəlib.
Bununla bağlı bu gün Bakıda "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Sənədi "Ground Handling Company"nin direktoru İlqar Ələkbərov və "Wizzair" şirkətinin baş meneceri Yozef Paradi imzalayıblar.

Saziş əsasında “Wizz Air” 2016-cı ilin mart ayından etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İlkin olaraq aviaşirkət uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayını həftədə iki dəfəyə qədər artıracaq.

Əldə olunmuş razılaşmaya əsasən, “Wizz Air” bütün il ərzində Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərini həyata keçirməyi öhdəsinə götürür.

Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avro olacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti