Narkoman şagirdlər ifşa ediləcək - Nazirdən ciddi addım
Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib. AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, narkoloji nəzarət sahəsində həyata keçirilən tədbirlər “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikanın Qanunu ilə tənzimlənir.
Xatırladaq k, Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək. Bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.
Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


