Həmsədrlər Bakıya yeni mesajlarla gəldilər

Həmsədrlər Bakıya yeni mesajlarla gəldilər
  28 Oktyabr 2015    Oxunub:2075
Bu gün “Dağlıq Qarabağın azәrbaycanlı icması” İctimai Birliyindә ATӘT-in Minsk qrupunun hәmsәdrlәri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor popov (Rusiya) vә ATƏT sədrinin fәaliyyәtdә olan sәdrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklә görüş keçirilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, görüşdә icmanın sәdri Bayram Sәfәrov bildirib ki, icma Minsk qrupunun mәsәlәyә әdalәtli yanaşacağına ümid edib: “Tәәssüf ki, Minsk qrupunun işi nәticә vermәyib. Biz ümid edirik ki, siz vә sizin ölkәlәriniz öz sәylәrinizi artıracaq, nәhayәt, әdalәt bәrpa olunacaq, Azәrbaycanlılar öz torpaqlarına qayıdacaq. Azәrbaycan münaqişәnin sülh yolu ilә hәllini istәyir”.

Rusiyalı hәmsәdr İ. Popov bu görüşün çox faydalı olduğunu deyib: “Bu gün regiona sәfәrimiz başa çatır. Ermәnistanda siyasi proseslәlәri, tәmas xәttindә gәrginliyin artması, humanitar әmәkdaşlığın formalaşması mәsәlәlərini müzakirә etdik. Biz tezliklə prezidentlәrin görüşünün keçirilmәsinә ümid edirik”.

C. Uorlik çıxışında bildirib ki, son 20 ilin azərbaycanlı icma üçün hәddindәn artıq çәtin keçdiyi barədə məlumatlıdırlar: “Ötәn dәfә Bakıda olanda mәcburi köçkünlәrlә görüşdük. Ailәdә olduq, onların öz vәtәnlәrinә necә qayıtmaq istәdiklәrini gördük. Bu görüş bizi çox tәsirlәndirdi. İrәvanda da dediyim kimi, qaçqın problemi hәll olmadan, onlar öz torpaqlarına qayıtmadan, hәrtәrәfli hәllә nail olmaq mümkün deyil. Biz bunu prezidentlәrlә, nazirlәrlә görüşlәrdә də qeyd edirik. Biz görüşlәrdә xalq diplomatiyası mәsәlәsini dә qaldırırıq. Hesab edirik ki, bu çox vacib mәsәlәdir”.

Fransalı hәmsәdr P. Andryu bildirib ki, bu münaqişәsinin həllində qaçqın faktorunin vacibliyi anlayırlar: “Biz hәr dәfә görüşәndә bu mәsәlәni müzakirә edirik. Biz BQXK ilә görüşlәrdә Qarabağ müharibәsindә ölәnlәrin müәyyәnlәşdirilmәsi barәdә dә tәşәbbüs irәli sürmüşük. Bu proses hәm Azәrbaycanda, hәm dә Ermәnistanda gedir”.


Teqlər:  





Xəbər lenti