Prezident Aparatının keçmiş işlər müdiri həbs olunub

Prezident Aparatının keçmiş işlər müdiri həbs olunub
  21 İyun 2013    Oxunub:1333
Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev Bakı hava limanında saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə apa-ya onun vəkili Fuad Ağayev məlumat verib. Fuad Ağayev deyib ki, A.Muradverdiyev xaricə uçmaq istəyərkən gömrükçülər tərəfindən saxlanılıb:

“Akif Muradverdiyevin saxlanılması barədə xəbəri mənə onun qohumları verdilər. Onlar bildirdilər ki, saxlanılmanın səbəbi kimi gömrükçülər onun üzərində külli miqdarda qızıl onluqları qanunsuz olaraq ölkədən xaricə çıxarmaq istəməyi göstəriblər”.

Bir az öncə isə Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib.

Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti