Yevlaxda qəza, 3 yaşlı uşaq öldü - Video
Toqquşma nəticəsində “Vaz 21 06”dakı sərnişin, 2012-ci il təvəllüdlü Hüseyn Teymur oğlu Yusifzadə hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişinlər- 2002-ci il təvəllüdlü Sabir Teymur oğlu Yusifzadə, 1950-ci il təvəllüdlü Rəhman Yaqub oğlu Əliyev və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Rəhman Əliyev də artıq dünyasını dəyişib. bununlada qəzada ölənlərin sayı iki nəfərə çatıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqatlar Şöbəsində araşdırma aparılır. (Region TV)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


