Çingiz Qənizadənin seçicilərlə görüşləri başa çatdı - FOTOLAR

Çingiz Qənizadənin seçicilərlə görüşləri başa çatdı - FOTOLAR
  28 Oktyabr 2015    Oxunub:1799
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin seçiciləri ilə keçirdiyi görüşlər başa çatıb.

Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, Ç.Qənizadənin oktyabrın 9-dan start verilən təbliğat xarakterli görüşləri bu dəfə Beyləqan rayonunun Bünyadlı, Gödəklər, Qarallar və İmamverdilər kəndlərində baş tutub.

Ümumilikdə isə Ç.Qənizadənin seçicilərlə keçirdiyi görüşlər 80 saylı İmişli-Beyləqan seçki dairəsinin ərazisində yerləşən 41 kəndin hamısını əhatə edib.

Səmimiyyət və ən xoş əhval-ruhiyyədə keçən bu görüşlərdə kənd ağsaqqalları, ziyalılar, gənclər iştirak ediblər. Ç.Qənizadə bildirib ki, millət vəkili parlamentdəki fəaliyyəti ilə yanaşı, eyni zamanda seçicilərlə dövlət arasında bir növ körpü rolunu oynayır.



“Seçicilərin problemlərinə, onlar tərəfindən qaldırılan məsələlərə laqeydlik və biganəlik nümayiş etdirmək millət vəkilinə yaraşmaz”, - deyə Ç.Qənizadə vurğulayıb. O, qeyd edib ki, 5 illik fəaliyyəti dövründə nəinki öz seçicilərinin, həm də digər dairələrin seçicilərindən daxil olan hər bir müraciətə həssaslıqla yanaşıb, hər zaman səlahiyyətləri çərçivəsində onlar tərəfindən qaldırılan problemlərin müsbət həllinə çalışıb.

Görüşlər zamanı Çingiz Qənizadə dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, Azərbaycanın inkişafından, ölkə əhalisinin rifahı naminə görülən işlərdən bəhs edərək seçicilərini cənab Prezidentin siyasi kursunu dəstəkləməyə səsləyib.

Görüşlərdə seçicilər də çıxış edərək Ç.Qənizadənin onlara göstərdiyi diqqət və qayğıdan danışıb, aktiv millət vəkili kimi ondan öz razılıqlarını ifadə ediblər.



Seçicilər Çingiz Qənizadəyə növbəti dəfə yenidən səs verəcəklərini və onu dəstəkləyəcəklərini bildiriblər.

Beləliklə, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin seçiciləri ilə keçirdiyi görüşlər başa çatıb.

Hal-hazırda isə Ç.Qənizadə İmişli şəhərində yerləşən qərargahında fərdi olaraq seçicilərin qəbulunu həyata keçirir.


Teqlər:





Xəbər lenti