Din xadimləri Rafael Cəbrayılova dəstək oldular- Fotolar

Din xadimləri Rafael Cəbrayılova dəstək oldular- Fotolar
  28 Oktyabr 2015    Oxunub:1386
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov
Şirvan şəhərinin din xadimləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, Şirvan şəhərinin ziyalı, din xadimlərinin iştirak etdiyi görüşdə hər kəs Rafael
Cəbrayılovun Allaha və İslam dininə olan bağlılığını yüksək qiymətləndirdilər. Qeyd ediblər ki, Rafael Cəbrayılov hər zaman əhalinin kimsəsiz təbəqəsinə diqqət və qayğı göstərməklə, bütün Şirvanlılar kimi din xadimlərinin də xüsusi rəğbətini qazanıb.

Din xadimləri namizədin platformasında İslam dinin orta məktəblərdə fənn kimi tədris olunmasını xüsusilə vurğulayaraq, yüksək qiymətləndirdilər. Şirvan şəhərinin din xadimləri Rafael Cəbrayılova uğurlar arzulayaraq , bütün din xadimlərinin Rafael Cəbrayılova səs verəcəklərini bildirdilər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti