Daha 8 kəndə qaz verildi
Bərdə rayonunun Xanağalı və Hüseynallar kəndləri də ilk dəfə olaraq qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə, 261 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 14 899 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Neftçala rayonunun 5 kəndinə ilk dəfə olaraq “mavi yanacaq” verilib. Bununla əlaqədar keçirilmiş mərasimlərdə vurğulanıb ki, ümumilikdə, 521 abonenti olan Abasalılı, Ramazanlı, Tatarməhlə, Qazaxbərəsi və Xanməmmədli kəndlərinin qazlaşdırılması məqsədilə 51 873 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 521 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


