Razinin AXCP-si Əlinin AXCP-sini məhkəməyə verdi

Razinin AXCP-si Əlinin AXCP-sini məhkəməyə verdi
  28 Oktyabr 2015    Oxunub:3123
Razi Nurullayevin AXCP-sinin bir qrup üzvü Əli Kərimlinin AXCP-sini məhkəməyə verib.

AzVision.az-ın verdiyi məlumata görə, Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilən ərizədə deyilir ki, 27 sentyabr 2015-ci il tarixdə səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adıyla tədbir keçirib. Həmin tədbirdə partiyanın nizamnaməsinin tələbinə zidd olaraq, qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adıyla tədbirin keçirildiyi məkana insanları toplayaraq, qurultay keçirilməsi fonu yaradılıb.

“Nəzərinizə çatdırırıq ki, AXCP nizamnaməsinin tələbinə əsasən, qurultay 4 ildən gec olmayaraq keçirilməlidir. AXCP son qurultayını 25 sentyabr 2010-cu ildə keçirmişdi. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanunun 6-cı maddəsinin 7-ci bəndində göstərilir ki, siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri Nizamnamədə göstərilməlidir. Nizamnaməyə əsasən isə, partiyanın seçkili orqanlarının səlahiyyət müddəti 4 ildir. Qanunun bu müddəasından görünür ki, Əli Kərimlinin başçılıq etdiyi AXCP nizamnamənin tələblərini kobud şəkildə pozub”,- deyə ərizədə bildirilir.

İddiaçılar məhkəmədən xahiş edirlər ki, 27 sentyabr 2015-ci il tarixdə AXCP-nin qurultayı adı altında Əli Kərimlinin rəhbərliyi ilə keçirilmiş tədbərin legitim hesab olunmasın.

Tariyel
AzVision.az


Teqlər:



Xəbər lenti