MTN-də daha bir rəis işdən çıxarıldı

MTN-də daha bir rəis işdən çıxarıldı
  28 Oktyabr 2015    Oxunub:2201
Milli Təhlükəsizlik Nazirliyində "təmizləmə" əməliyyatı davam edir. Vəzifə səlahiyyətlərində sui-istifadə edən, adları müxtəlif qanuna zidd əməllərdə hallanan şəxslər vəzifələrindən kənarlaşdırılır, saxlanılır.

AzVision.az milli.az-a istinadən xəbər verir ki, MTN-in Tədris Mərkəzinin rəisi, polkovnik Vahid Zeynalov işdən azad olunub. Rəsmi sənəddə onun "sərəncama götürüldüyü" vurğulanır.

Dünən xəbər yayılmışdı ki, onun qardaşı - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti