İlham Əliyev: `Paxıllar işimizə kölgə salmaq istəyirdi`
Bunu Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artdığını deyən dövlət başçısı qeyd edib ki, ÜDM təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb: “Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


