Seçki günü işıq problemi olmayacaq

Seçki günü işıq problemi olmayacaq
  29 Oktyabr 2015    Oxunub:1147
Seçkilər günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi təchizatının təmin olunması məqsədi ilə “Azərişıq”ASC-nin strukturuna daxil olan bütün Rayon Enerji Təchizatı və Satışı İdarələri tərəfindənərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün müvafiq texniki və təşkilati tədbirlər görülüb.
Qurumdan AzVision.az- a daxil olan məlumata görə, dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binalardakı elektrik qurğularının və avadanlıqlarının, habelə enerji təchizatını həyata keçirən mənbələrin mövcud vəziyyəti təkrar yoxlanılmış,aşkar olunmuş qüsur və nasazlıqlar qısa müddətdə aradan qaldırılmış,zəruri olan mal-materialların ehtiyatı yaradılmış, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün ciddi tədbirlər görülüb.

Seçkilər günü Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Texniki Departamentə tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində, habelə bütün RETSİ-lər və ETSİ-lər üzrə növbətçilik təşkil olunacaq.

Yarana biləcək istənilən nasazlıq vəziyyəti ilə bağlı “Azərişıq”ASC-nin “199 - Qəza Xidməti”nə müraciət edə bilərlər.


Teqlər:





Xəbər lenti