Mövqelərimiz atəşə tutulub

  21 İyun 2013    Oxunub : 468
Mövqelərimiz atəşə tutulub
Ermənilər yenidən atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Noyemberyan rayonunun Voskepar kəndində və Krosnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Aşağı Əskipara kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Erməni silahlı birləşmələri Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən ərazilərdən ordumuzun mövqelərini atəşə məruz qoyub.

Düşmən cavab atəşi ilə susdurulub.

Teqlər: