PKK-nın üçdə iki hissəsi Türkiyəni tərk edib
Qeyd edək ki, PKK Türkiyəni cari ilin may ayının 8-dən tərk etməyə başlayıb.
Xatırladaq ki, bir müddət əvvəl, hazırda həbsdə olan PKK lideri Abdullah Öcalan təşkilat üzvlərini silahı yerə qoyaraq Türkiyəni tərk etməyə çağırmışdı.
Türkiyə hökuməti isə öz növbəsində silahı yerə qoyan bütün PKK-çıların ölkəni tam təhlükəsiz şəkildə tərk etmələri üçün lazımi şərait yaradılacağına söz verib.
Qeyd edək ki, müstəqil kürd dövləti yaratmaq istəyən PKK ilə Türkiyə arasında müharibə 25 ildir ki davam edir. Bu müharibə nəticəsində 40 min insan itkisi qeydə alınıb. PKK BMT və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat elan edilib.
Səbinə Həsənova
AzVision.az