Ermənilər dinc sakinləri atəşə tutdu

Ermənilər dinc sakinləri atəşə tutdu
  29 Oktyabr 2015    Oxunub:2131
Erməni silahlı bölmələri Tərtərdə mülki vətəndaşları atəşə tutub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə qoşunların təmas xəttinin Tərtər rayonunun Qaradağlı kəndi istiqmətində qeydə alınıb.

Qaradağlı kəndinin atəşə tutulması nəticəsində dinc əhali arasında xəsarət alan olmasa da, kənd sakini Qabil Həmidovun traktoruna güllə dəyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Tərtər cəbhəsindəki təmas xəttində monitorinq zamanı da ermənilər atəşkəsi pozmuşdular.


Teqlər:  



Xəbər lenti