Toğrul Əsgərov Avropanın ən yaxşı idmançısı oldu
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.
Qeyd edək ki, 26 oktyabr tarixindən öz işinə başlayan Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.
Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.
Teqlər: