Rafael Cəbrayılovun növbəti görüşü- Fotolar

Rafael Cəbrayılovun növbəti görüşü- Fotolar
  30 Oktyabr 2015    Oxunub:1186
Rafael Cəbrayılov təbliğat kompaniyasının sonuncu həftəsini xüsusi koteqoriyalı insanlarla keçirməyi planlaşdırılıb.
Elə bu məqsədlə növbəti görüş namizədin məzun olduğu Şirvan şəhər 9 saylı orta məktəbin məzunları ilə olub. Hər zaman məktəb və sinif yoldaşları ilə sıx əlaqədə olduğunu bildirən namizəd,orta məktəb illərini səmimiyyətlə xatırlayaraq , bu günkü görüşdəki xüsusi məmnunluğunu bildirib.

Məktəb məzunları Rafael Cəbrayılovun xoş xatirələrindən danışıblar. İstər deputat olduğu zaman, istərsə də deputat olmamışdan öncə hər zaman hamının qayğısına qaldığını bildiriblər. Qeyd ediblər ki, Rafael Cəbrayılov məktəb illərindən xüsusi istedad və bacarığı ilə fərqlənib. Şirvanın fəxri olan Rafael Cəbrayılova məzun olduğu məktəbin məzunları
bir mənalı olaraq səs verəcəklərini bildiriblər.

Qalereya




Teqlər:



Xəbər lenti